Ərdoğan və Obama telefonla danışıblar

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Barak Obama telefonla 1 saat söhbət edərək regional və beynəlxalq məsələləri müzakirə ediblər.

283237
Ərdoğan və Obama telefonla danışıblar

  Dövlət başçılarının telefon danışıqlarında terror təşkilatı DAEŞ-lə mübarizə ilə bağlı əməkdaşlıq və İraq və Suriyada sülh və sabitliyin bərqərarı üçün həyata keçirilən ortaq səylər qiymətləndirilib.

  İki lider Suriyayla bağlı “Öyrət və idarə et" proqramı çərçivəsində mülayim Suriya müxalifətini dəstəkləmə və xarici döyüşçülərin ölkəyə girməsinin qarşısını alma əməkdaşlığını artırmağa istiqamətli işlər haqqında da fikir mübadiləsi aparıblar.

  Obama Türkiyənin Suriya və İraqdan gələn təxminən 2 milyon insana ev sahibliyi etməsini və yadelli savaşçıların bu məmləkətlərə daxil olmasının qarşısını almaq yolunda gördüyü işləri yüksək qiymətləndirərək Ərdoğana təşəkkür edib.

  Yəmən və Ukrayna hadisələrindən başqa, dövlət başçıları İranın nüvə proqramıyla bağlı da danışıblar və bu barədə də yaxın əməkdaşlıq nümayiş etdirəcəklərini bildiriblər. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr