Türkiyә, Husilәrә qarşı hәrbi әmәliyyata dәstәk verib

Türkiyə, Yəməndə Husilərə qarşı Səudiyyə Ərəbistanının başçılığı ilә başladılan hərbi əməliyyata dəstək verdiyini açıqlayıb.

282929
Türkiyә, Husilәrә qarşı hәrbi әmәliyyata dәstәk verib

Türkiyə, Yəməndə Husilərə qarşı Səudiyyə Ərəbistanının başçılığı ilә başladılan hərbi əməliyyata dəstək verdiyini açıqlayıb.
Xarici İşlər Nazirliyinin mövzu ilә bağlı açıqlamasında hərəkatın Yəməndə qanuni nüfuza töhvә verәcәyi inam ifadә edilib.
"Yəməndə әldә edilәn müqaviləlәrlә yanaşı 2201 saylı BMT Təhlükəsizlik Şurasının qərarını da rədd edərək, Sana şәhәrindәn və hökumət təşkilatlarından çəkilməyən Husilәrin tək tərəfli әmәliyyatlara davam etmәsini, prezident Hadinin sığındığı və müvəqqəti paytaxt elan etdiyi Adenә nәzarәti әlә keçirmәk üçün əməliyyat başladmasını şiddətlə qınayırıq " deyilәn açıqlamada bildirilib ki " prezident Hadinin tələbinә görә, başda Körfəz Əməkdaşlıq Şurası ölkələri olmaqla bölgə ölkələrindən ibarət bir koalisiya tərəfindən Husilərə qarşı hәyata keçirilәn və Səudiyyə Ərəbistanı tərəfindən əvvəldən ölkәmizә bildirilәn hərbi әmәliyyatı dәstәklәyirik " .


Etiketlәr:

Әlaqәli Xәbәrlәr