Salt şəhərində Çanaqqala döyüşünün 100 illiyi ilə əlaqədar məras

İordaniyanın Salt şəhərində Çanaqqala döyüşünün 100 illiyi ilə əlaqədar mərasim keçirilib.

283006
Salt şəhərində Çanaqqala döyüşünün 100 illiyi ilə əlaqədar məras

İordaniyanın Salt şəhərində Çanaqqala döyüşünün 100 illiyi ilə əlaqədar mərasim keçirilib.
Türkiyənin İordaniyadakı səfirliyinin təşkil etdiyi mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Sabir Agabəyov, səfirliyin əməkdaşları və Azərbaycan diasporunun nümayəndələri də iştirak edib.
Türkiyənin İordaniyadakı səfiri Sedat Önal və digər çıxış edǝnlǝr bu tarixi hadisənin əhəmiyyəti barədə iştirakçılara məlumat veriblər.
Tədbirə İordaniya Haşimilər Krallığının vəzifəli şəxsləri, səfirlər və diplomatik korpusun nümayəndələri dǝ qatılıb.
Tədbirdǝ iştirak edǝnlǝr Salt şəhərində Çanaqqala şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil qoyublar, şəhidlərin ruhuna dualar oxuyublar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr