Türkiyənin xarici siyasəti

"Türkiyə son illərdə xarici siyasətdə əhəmiyyətli uğurlar qazanıb"

280123
Türkiyənin xarici siyasəti

Türkiyə son illərdə xarici siyasətdə əhəmiyyətli uğurlar qazanıb.
Güney Asiyadan Afrikaya və Latın Amerikaya qədər diplomatik əlaqələr yaradıb.
Xarici işlər nazirliyinin nümayәndәsi Tanju Bilgiç, TRT kanalına verdiyi müsahibәdә Türkiyənin xarici siyasətiylә bağlı hәyata keçirilәn islahatlar vә dәyişikliklәri şәrh edib.
2002-ci ildə Türkiyənin Afrikada yalnız 12 səfirliyi olduğunu, indi isə bunun 39-a çıxdığını, 3 milyard dollarlıq ticarət həcminin isә 22 milyard dollara yüksәldiyini ifadә edәn Bilgiç, Latın Amerikada da 6 səfirliyi olan Türkiyәnin indi 13 diqlomatik nümayәndәliyinin olduğunu vә xarici ticarət hәcminin isә 10 ildə 10 qat artdığını vurğulayıb.
Xarici İşlər Naziri Mevlüt Çavuşoğlunun Asiya Sakit okean ölkәlәrinә etdiyi sәfәrini dә dәyәrlәndirәn Tanju Bilgiç, “Türkiyə bu ölkələrә biganә qala bilmәz” deyib. Türkiyənin Ukrayna siyasətinin konkret olduğunu, Ukraynanın әrazi və siyasi vahidliyinin qorunmasının vacibliyini hər platformada sәslәndirdiyini, ancaq Krımın ilhaqının Türkiyə tərəfindən qəbul edilmədiyini qey edib.

 

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr