Naziri Fikri İşıqdan xaricdәki alimlәrә çağırış

Naziri Fikri İşıq :''Geri dönmək istəsəniz qapılarımız hər vaxt üzünüzə açıqdır və hər cür dəstək göstərməyə hazırıq "

275871
Naziri Fikri İşıqdan xaricdәki alimlәrә çağırış

Elm, Sənaye və Texnologiya naziri Fikri İşıqın Amerika Birləşmiş Ştatlarına səfəri başa çatıb.

İşıq, səfərin son günündə ODTÜ Sahibkarlıq Mərkəzinə baş çəkib, daha sonra isə Türkiyəli təşəbbüskarlar ilə görüşüb.

TRT Xəbərə müsahibəsində İşıq, informasiya texnologiyaları ilə əlaqədar ekosistemin necə qurulmasının lazım olduğu barədə çox faydalı görüşlər keçirdiyini bildirib.

Səfər çərçivəsində görüşdüyü Türk alimlərinə səslənən nazir ''Geri dönmək istəsəniz qapılarımız hər vaxt üzünüzə açıqdır və hər cür dəstək göstərməyə hazırıq "deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr