"Fələstinə humanitar və digər yardımlar bundan sonra da davam edəcək"

Bülent Arınç, Türkiyənin Fələstinə göstərdiyi humanitar və digər yardımların bundan sonrada davam edəcəyini bildirib.

275787
"Fələstinə humanitar və digər yardımlar bundan sonra da davam edəcək"

Ötən gün Ankarada "Sülh Şəhəri Qüds" adlı zirvə toplantısı keşirilib.

Toplantıda iştirak edən Baş nazirin müavini Bülent Arınç, Türkiyənin Fələstinə göstərdiyi humanitar və digər yardımların bundan sonrada davam edəcəyini bildirib.

Arınç, Qüds məsələsi həll olunmadan Fələstin məsələsini, Fələstin məsələsi həll olunmadan isə İsrail-Ərəb ixtilafını bitirmək mümkün olmadığını vurğulayıb.
Arınç, "Qüdsün müdafiəsi bəşəriyyaət və tarix qarşısında böyük məsuliyətdir. Qüdsün İslami şəxsiyyətinin dəyişdirilməsinə yönəlmiş süni səylərin heç bir şəkildə qəbul edilməyəcəyini bütün dünyaya çatdırmağa davam edəcəyik" deyib.
Zirvə toplantısında İordaniyanın İslam məsələləri üzrə naziri Hayıl Davud da iştirak edib.
Davud, TRT Xəbərə verdiyi eksklyuziv müsahibəsində, iş dünyasının da Qüds üçün bir şeylər edə biləcəyinə inandıqlarını bildirib.
Davud "Türkiyə, Fələstin probleminin həllində Ərəb və Müsəlman ölkələri arasında ən təsirli ölkədir. Türkiyə Fələstində əhəmiyyətli işlər görür" deyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr