Cǝmil Çiçǝk Novruz bayramını tǝbrik edib

Türkiyǝ Böyük Millǝt Mǝclisi sǝdri, bayram münasibǝti ilǝ yayımladığı tǝbrikdǝ baharın gǝlmǝsi vǝ tǝbiǝtin oyanmasının simvolu olan Novruz bayramını tǝbrik edib.

274998
Cǝmil Çiçǝk Novruz bayramını tǝbrik edib

Türkiyǝ Böyük Millǝt Mǝclisi sǝdri Cǝmil Çiçǝk bayram münasibǝti ilǝ yayımladığı tǝbrikdǝ baharın gǝlmǝsi vǝ tǝbiǝtin oyanmasının simvolu olan Novruz bayramını tǝbrik edib.
İnsan hǝyatına fǝrqli bir dinamiklik qazandıran tǝbiǝtin oyanması sǝbǝbi ilǝ illǝrdir qeyd edilǝn Novruz bayramının insanların coşğu vǝ nǝşǝsini artırmasını dilǝyǝn Ciçǝk deyib ki, Balkanlardan Orta Asiyaya qǝdǝr çox gǝniş coğrafiyada qeyd olunan Novruz bayramının insanlığa sülh, dinclik vǝ qardaşlıq gǝtirmǝsini dilǝyirǝm.
Novruz bayramının sülh içǝrisindǝ birlikdǝ yaşama iradǝsinin köklü bir dayanacağı olduğuna inandığını ifadǝ edǝn Mǝclis sǝdri, bu gün yandırılan novruz atǝşi ilǝ meydan vǝ küçǝlǝrǝ coşğu vǝ sevincin hakim olacağından duyduğu mǝmnunluğu da dilǝ gǝtirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr