Planeti bəsləmək və həyat üçün enerji

“Planeti bəsləmək və həyat üçün enerji” Expo Milano_2015 adlı sərgi 1 may tarixində Milanoda başlayacaq.

272029
Planeti bəsləmək və həyat üçün enerji

  Türkiyə də sərgidə iştirak edəcək və beş böyük stend sahəsindən birinin sahibidir.

  Xarici İqtisadi Əlaqələr Şurası (DEİK) İdarə heyətinin üzvü Başaran Ulusoy dünən İstanbulda keçirilən təqdimat mərasimində “Expo Milano_2015 sərgisi ikitərəfli əlaqələr, idxal, ixrac və turizmin inkişafı üçün çox əhəmiyyətlidir” deyib.

  İtaliyanın Ankaradakı səfiri Luici (Luigi) Mattiolo da qarşılıqlı olaraq Türkiyənin sərgiyə qatılmasından məmnunluq duyduqlarını ifadə edib.

  Mattiolo "Qida və enerji inkişaf etməyin daim aktual mövzularıdır. Türkiyənin də, İtaliyanın da bu baxımdan görə biləcəyi işlər var. Əkinçilikdə təbii məhsullardan tutmuş qüvvətli (enerjili) yeməklərə qədər bir çox təcrübələr işığında birlikdə daha irəli gedə bilərik" deyib.

  Expo Milano_2015 sərgisi altı ay qonaqlarının üzünə açıq olacaq. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr