"Bizim verə bilməyəcəyimiz bir hesabımız yoxdur"

Prezident Rəcəb Tayyib Ərdoğan 1915 hadisələriylə bağlı Türkiyə əleyhinə həyata keçirilən kampaniyaları tənqid edib.

272809
"Bizim verə bilməyəcəyimiz bir hesabımız yoxdur"

Prezident Rəcəb Tayyib Ərdoğan 1915 hadisələriylə bağlı Türkiyə əleyhinə həyata keçirilən kampaniyaları tənqid edib.

İstanbulda "100- cü ildə 1-ci Dünya Müharibəsi Sənədləri" mövzusunda keçirilən toplantıda çıxış edən Ərdoğan, Ermənistanı yenidən arxivləri açmağa çağırıb.

Ərdoğan "Buyrun bizim arxivlərimiz, sənədlərimiz burada. Bizim milyondan çox, araşdırılmış sənədimiz var, sizin nə qədər sənədiniz var? Məsələyə tarixçilər, arxiv işçiləri, siyasət alimləri, arxeoloqlar, hüquqşünaslar cəlb edək. Gəlsinlər bu sənədlər üzərində işləsinlər. Gerçəyi bu yolla axtaraq"deyib.

Prezident, Ermənistanın çirkin əməllərə əl ataraq Türkiyə əleyhinə həyata keçirəcəyi kampanyalardan bir şey əldə edə bilməyəcəyini də vurğulayıb.

Prezident Ərdoğan:

"Bu məsələdə hamımıza lazım olan həqiqətlərin ortaya çıxması, başqa ölkələrin senatında qərarlar verilərək, mətbuatında yazılar yazılaraq mümkün deyil. Gerçəyin axtarılacağı yer bu arxivlərdər, amma bu günə qədər bu istəyimizin qarşılığını ala bilmədik. Çünki məqsəd həqiqəti axtarmaq deyil, Türkiyəyə zərbə vurmaqdır. Bizim bu məsələdə kimsəyə verə bilməyəcəyimiz bir hesabımız yoxdur. Biz yalnız öz millətimizin son 100- 150 ildə yaşadığı ağrıların arxasına düşsək Erməni iddialarından qat-qat çox deyəcək sözümüz, tələb edəcək hesabımız olacaq. "


Etiketlәr:

Әlaqәli Xәbәrlәr