Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Vyetnamdadır

Çavuşoğlu Tailand səfərindən sonra Asiya və Sakit okean coğrafiyasının ən əhəmiyyətli bölgəsi olan Vyetnama gedib.

268823
Xarici İşlər naziri Mevlüt Çavuşoğlu Vyetnamdadır

  Mevlüt Çavuşoğlu paytaxt Hanoidə ölkənin qurucusu Ho Çi Minin (Ho Chi Minh) mavzoleyinə çələng qoyduqdan sonra vyetnamlı həmkarı Fam Bin Minlə (Pham Binh Minh) görüşüb.

  Çavuşoğlu Vyetnamın strateji əhəmiyyətini vurğulayaraq Türkiyə-Vyetnam əlaqələrini inkişaf etdirmək barədə danışıb. Türkiyənin Asiyaya açıldığını vurğulayan Çavuşoğlu "Asiya lehinə dünyadakı tarazlıqları bərabərləşdirmək istəyirik" deyib.

  Vyetnam Xarici İşlər naziri Fam Bin Min də Türkiyə rəsmi heyətinin səfərindən məmnunluq duyduğunu dilə gətirib və iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin dərinləşməsini arzu etdiklərini söyləyib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr