Ərdoğan və Putin telefonda danışıblar

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə telefonla danışıb.

268729
Ərdoğan və Putin telefonda danışıblar

  Söhbət zamanı hər iki ölkə başçısı Türkiyə və Rusiya əlaqələrinin daha da inkişafından bəhs edib, Ukrayna böhranının həlli, qarşıdurmaların sona çatdırılması, Krım tatarlarıyla bağlı problemlər və həlli yolları barədə fikir mübadiləsi aparıblar. Bu xüsusda Ərdoğan 20 martda Ukraynaya səfər edəcəyini də xatırladıb.

  Putinlə telefon danışığı zamanı Ərdoğan qısaca 1915 hadisələrinə də toxunub, bu barədə Türkiyəyə "tarixə ədalətli bir yaddaş baxışıyla yaxınlaşılmasının tərəfdarı olduğunu" diqqətə çəkib. Eyni zamanda, Ermənistanın yersiz sülh çağırışlarını əhəmiyyətsiz hesab edib və ortaq tarix komissiyası yaradılması təklifinə də müsbət yanaşmadığını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr