Bu gün 18 Mart Çanaqqala Zəfəri və Şəhidlər Günüdür

Çanaqqala zəfəri tarixin axınını dəyişdirən və dövrünün son texnologiyalı döyüş vasitələrinə qarşı qazanılan bir qələbədir.

268793
Bu gün 18 Mart Çanaqqala Zəfəri və Şəhidlər Günüdür

  Çanaqqala savaşı Birinci Dünya müharibəsi zamanı - 1915-1916-cı illər arası Gelibolu yarımadasında Osmanlı dövləti ilə İttifaq dövlətləri arasında olan dəniz və quru döyüşlərinin adıdır. Bu müharibədə bir millətin qəhrəmanlıq dastanı yazılıb.

  100 il əvvəl düşmən birlikləri əvvəl dənizdən Çanaqqala boğazını keçməyi sınadı. Bacara bilmədiyini görüncə quru hərəkatı ilə müqaviməti qırmaq istədi. Yenə bacarmadı. Çünki Türk əsgərlərinin qəhrəmancasına qurduğu müdafiə xətti quruda da düşmənə böyük zərbə vurdu.

  Bu gün Çanaqqala Zəfərinin 100-cü ildönümüdür. Bütün Türkiyədə bu möhtəşəm qələbə tədbirlərlə qeyd olunur, şəhidlər dualarla xatırlanır, qəhrəmanlıqlar yada salınır.

  Çanaqqaladakı mərasimlərinə baş nazir Əhməd Davudoğlu və bir çox nazirlər qatılacaq.

  Üzərində “Çanaqqala keçilməz" yazılan qızıl medal 253 min şəhidin xatirəsinə Türk bayrağına sancılacaq.

  Çanaqqala tədbirləri Gelibolu yarımadasındakı Şəhidlər abidəsi meydanında da olacaq. Döyüş gəmilərinin keçidi və hərbi təyyarələrin nümayişindən sonra şəhidlər xiyabanı ziyarət ediləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr