Türkiyə önəmli bir qonağı qəbul edib

General Con Elin Türkiyəyə səfərə gəlib.

268474
Türkiyə önəmli bir qonağı qəbul edib

Mosul şəhərinin DAİŞ-in işğalından azad edilməsi və Suriyalı müxalif güclərin təşkilatlanması üçün aparılan hazırlıqlar gündəmdəykən Türkiyə önəmli bir qonağı qəbul edib.
ABŞ-nın prezidenti Barak Obamanın DAİŞ-ə qarşı beynəlxalq koalisiyadakı xüsusi təmsilçisi, istefada olan general Con Elin Türkiyəyə səfərə gəlib.
Xüsusi nümayəndə Elinin səfəri zamanı beynəlxalq koalisiyanın DAİŞ-ə qarşı mübarizəsi, terror qruplaşmasının maliyyə mənbələrinin yox edilməsi, xarici döyüşçülərin qruplaşmaya qatılmasının qarşısının alınması, İraq və Suriyaya humanitar yardımların çatdırılması məsələlərinin müzakirə edilməsi nəzərdə tutulub.
Con Elinin rəhbərlik etdiyi nümayəndə heyyətinin Ankaradan sonra Berlin və Brüsselə gedəcəyi də gözlənilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr