Tunis Türkiyə ilə əlaqələri gücləndirmək istəyir

Tunis, vətəndaşlarının Suriyaya getməsinin qarşısını almaq üçün Türkiyə ilə kəşfiyyat əlaqələrini gücləndirmək isdəyir.

266943
Tunis Türkiyə ilə əlaqələri gücləndirmək istəyir

Tunis, vətəndaşlarının Suriyaya getməsinin qarşısını almaq üçün Türkiyə ilə kəşfiyyat əlaqələrini gücləndirmək isdəyir.
Tunis Xarici İşlər naziri Tayib Bakkuş tunisli gənclərin ölkədən qaçaraq DAİŞ-ə qoşulmasının önünü kəsmək üçün Türkiyə ilə əlaqələri gücləndirmək istədiklərini bildirib.
Avropa İttifaqı-Tunis Əməkdaşlıq Konfransına qatılmaq üçün Brüsselə gələn tunisli nazir burada əsasən təhlükəsizlik məsələlərindən danışıb.
Liviya və Suriyadakı mövcud vəziyyətə diqqəti çəkən Bakkuş Avropanın xarici siyasət və təhlükəsizlik məsələlərində yeni addımlar atmasının vacib olduğunu qeyd edib.
Nazir Brüsseldəki görüşlərini tamamladıqdan sonra bu gün Parisə sǝfǝr edǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr