"İslam mәqsәdli şәkildә terrorla әlaqәlәndirilmәyә çalışılır"

Baş nazir müavini Numan Kurtulmuşun Yaponiyaya sәfәri davam edir.

266245
"İslam mәqsәdli şәkildә terrorla әlaqәlәndirilmәyә çalışılır"

"İslam mәqsәdli şәkildә terrorla әlaqәlәndirilmәyә çalışılır". Bunu Cümə günündən biri Yaponiyada sәfәrdә olan Baş nazir müavini Numan Kurtulmuş deyib. 

Yaponiyaya sәfәri çәrçivәsindә jurnalistlərlə nahar yemәyindә bir araya gәlәn Baş nazir müavini Kurtulmuş DAİŞ tәrәfindәn öldürülәn 2 Yapon jurnalist üçün başsağlığı verib. Ardından, Yaponiyanın ən güclü qeyri-hökumət təşkilatı olan Sasavaka Vəqfinin yığıncaqda etdiyi çıxışında İslamofobiyaya diqqəti çəkәrәk, İslamın adının qaralamağa çalışıldığını vurğulayıb.
DAİŞ və bənzər terror qruplar tәrәfindәn İslamın dünyaya yanlış təqdim edildiyini ifadi edәn Kurtulmuş, "Bir tərəfdə terror təşkilatları bir tərəfdə də bunların gücünü artıran İslamofobiya fəaliyyətləri dünyanı məşğul edir. İslamofobiya islam əleyhdarlığı şəklində dünyanın hər yerində fəaliyyət göstərir" deyib. Terroristlərın mәsum insanları qәtl etdiyini ifadә edәn Baş nazir müavini, İslamın şiddәt vә zülm dini olmadığını, bunu tәsәvvür etmәnin belә böyük sәhv olduğunu qeyd edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr