Türkiye ilə bağlı düşüncə konfransı

İngiltərənin Cambridge Üniversitetində ‘‘Avropada Türkiyə ilə bağlı düşüncə, Avropada artan İslamofobiya və Təsirləri’’ mövzulu konfrans təşkil edilib.

262424
Türkiye ilə bağlı düşüncə  konfransı

İngiltərənin Cambridge Üniversitetində ‘‘Avropada Türkiyə ilə bağlı düşüncə, Avropada artan İslamofobiya və Təsirləri’’ mövzulu konfrans təşkil edilib.
Konfransın açılış mərəsimində çıxış edən Türkiyənin Londondaki səfiri Əbdurrəhman Bilgiç, Avropa İttigaqına üzvlüyün Türkiyənin strateji hədəfi olduğunu bildirib.
Bilgiç, müzakirə prosesinin, Avropa İttigaqında baş verən siyasi səbəblər üzündən yavaş irəlilədiyini, qlobal və regional problemlərin, Türkiyə ilə Avropa arasında əməkdaşlıq və dialoqun inkişaf etdirilməsi ehtiyacını bir dəfə daha ortaya qoyduğunu qeyd edib.
Avropada son zamanlar xarici vətəndaşlara və İslam dininə qarşı olanların sayının artmasının narahat edici olduğunu bildirən Bilgiç, ‘‘terrorizmin İslamla və ya bir başqa dinle ələqəsinin olmadığını və bu problemlərin ancaq tolerantlıq, plüralizm və dialoqla həll edilə biləcəyini’’də qeyd edib.
İngilis Parlamenti ‘‘KKTC-nin Dostları” qrupunun rəhbəri Lord John Sharkey Türkiyəyə ilk ziyarətini təxminən 50 il əvvəl reallaşdırdığını bildirərək, bu ölkənin zamanla böyük dəyişikliklərdən keçdiyini, bu günkü Türkiyəni isə ‘‘böyük sənayeyə sahib, demokratik, daha zəngin və gerçək bir regional güc" olaraq qiymətləndirib.
Şharkey, ‘‘İslamofobiya sürətlə irəliləyir. Bu artım Türkiyə ilə bağlı düşüncəyə mənfi təsir göstəri" deyə fikrini tamamlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr