"Onun 60 min nəfərlik ordusunu Türkiyə təkbaşına qura bilər", V.Bozkır
Türkiyənin Avrupa İttifaqı üzrə nümayəndəsi və baş müşaviri Volkan Bozkır və Çex Respublikasının Türkiyədəki səfiri Pavel Kafka görüşüblər.
Onlar Avropa İttifaqı Komissiya sədri Cien Klod Çankerin (Jean Claude Juncker) Avropa İttifaqının təhlükəsizliyi üçün ordu qurulması fikrinə münasibət bildiriblər.
Volkan Bozkır deyib: "Ordu olmadan böyük güc olmaq mümkün deyil. Dedikləri 60 min nəfərlik Avropa ordusu təklifini bu günə qədər reallaşdıra bilmədiyi üçün Avropa İttifaqı hələ yumşaq güc kimi görünür. Amma Türkiyə Avropa İttifaqına üzv olsaydı, onun 60 min nəfərlik ordusunu təkbaşına qura bilərdi. Bu məsələ Türkiyə və Avropa İttifaqı əlaqələrində əhəmiyyətli pay təmin edəcək ölçülərdən biridir."
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq