Fikri İşıq ABŞ-a səfər edəcək

Elm və Texnologiya naziri Fikri İşıq, Martın 17-də ABŞ-a rəsmi səfərə gedəcək.

258811
Fikri İşıq ABŞ-a səfər edəcək

Elm və Texnologiya naziri Fikri İşıq, Martın 17-də ABŞ-a rəsmi səfərə gedəcək.
Nazir İşıq Martın 17-də Los-Angeles Səfirinin onun şərəfinə verəcəyi şam yeməyinə qatılacaq.18 martda isə Kaliforniya Universitetində Türk elm adamlarının da aralarında olduğu alimlərlə toplantı keçirəcək.
Daha sonra isə ‘‘UCLA’’ rektoru ilə görüşəcək.
İşıq, proqramı çərçivəsində San Fransiskoya gedərək ‘‘Berkeley National LAB’’ turuna qatılacaq, həmçinin Stanford Universitetinin alimləri ilə bir araya gələcək.
Qeyd edək ki, günün sonunda Türk iş adamları ilə şam yeməyi də nəzərdə tutulub.
Son olaraq Nazir ODTÜ Teknokent San Fransisko Mərkəzinin açılışına qatılacaq və Türk firmalarının nümayəndələri ilə görüşəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr