Baş nazirdәn investisiya çağırışı

Davudoğlu, Nyu-yorkda Amerikanın güclü maliyyə quruluşlarından “Goldman Sachs”ın sərmayəçiləriylә bir araya gəlib.

248590
Baş nazirdәn investisiya çağırışı

ABŞ-da sәfәrdә olan baş nazir Əhməd Davudoğlu, Nyu-yorkda Amerikanın güclü maliyyə quruluşlarından “Goldman Sachs”ın sərmayəçiləriylә bir araya gəlib. 

Davudoğlu iclasda etdiyi çıxışında iş adamlarına bölgəsində sabitliyin hökm sürdüyü ölkә olan Türkiyәdә investisiya haqda çağırış edib.
İstanbulun qlobal iqtisadiyyatdakı mövqeyinin daha da önəm qazanacağını ifadә edәn baş nazir Davudoğlu həll prosesiylә bağlı atılan son addımlar sayәsindә güvәn mühitinin daha da güclәndiyini, bunun iqtisadiyyata və demokratiyaya töhvә verdiyini vurğulayıb.
İclasdan sonra iş adamları ilə söhbәt edәn Davudoğlu, axşam yeməyində Citibank təşkilati sərmayəçiləri ilə bir araya gəlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr