Türkiyə və Portuqaliya iş adamları görüşüb
Türkiyə və Portuqaliya iş adamları görüşüb
Baş nazirin köməkçisi Əli Babacan Portuqaliyanın paytaxtı Lisabbonda keçirilən hər iki ölkənin iş adamlarının görüşündə çıxış edib.
Türkiyə və Portuqaliyanın iki dost ölkə kımı vurğulayan Babacan əlaqələrin mükəmməl səviyyədə olduğundan danışıb.
Türkiyə-Portuqaliya hökümətlərarası zirvə toplantısında iştirak edən baş nazirin köməkçisi işgüzar yemək süfrəsində Türkiyə və Portuqaliyadan olan iş adamları ilə görüşüb.
Əli Babacan iki ölkə arasındakı ticarət dövriyyəsinin bir milyard üç yüz milyon dollara yüksəldiyini qeyd edərək Portuqaliyadan Türkiyəyə qoyulan sərmayənin isə 765 milyon dollar olduğunu deyib.
Babacan Portuqaliyada bir liman layihəsini Türkiyə şirkətinin aldığını və “bunun bizim ölkəyə investiya qoyulmasına səbəb olacağını” bildirib.
Əli Babacan həmçinin Türk Hava Yollarının aprel ayından etibarən Portuqaliyaya da uçuşlar həyata keçirəcəyini qeyd edib, paytaxt Lisabbona gündəlik reyslərin artırılacağını söyləyib.
Әlaqәli Xәbәrlәr
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718729251)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq
![“Türkiyə gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək üçün çalışır”, R.T.Ərdoğan](http://cdn.trt.net.tr/images/medium/rectangle/cb96/dcbf/13e5/66703edd2acdb.jpg?time=1718729251)
“Türkiyə gələcək nəsillərə ekoloji cəhətdən təmiz ölkə ötürmək üçün çalışır”, R.T.Ərdoğan
“Ətraf mühitin qorunması üçün qəti addımlar davam etdiriləcək”, - deyə Ərdoğan əmin edib