Türkiyə, Türkmənistan və Azərbaycan arasında üçlü ittifaq

Türkiyə, Türkmənistan və Azərbaycan arasında üçlü ittifaq

246709
Türkiyə, Türkmənistan və Azərbaycan arasında üçlü ittifaq

  Türkmənistan dövlət başçısı Qurbanqulu Berdimuhamedov Ankaradadır.

  Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və həmkarı Qurbanqulu Berdimuhamedov əsasən Türkmənistan qazının Türkiyə üzərindən Avropaya daşınması barədə danışıblar.

  Türkiyəyə gələn Berdimuhamedovun yanında özü ilə bərabər 70-ə yaxın türkmənistanlı iş adamı da olub.

  Rəsmi Sarayda olan danışıqlardan sonra əməkdaşlıq müqavilələri imzalanıb və iki lider birgə mətbuat konfransı keçiriblər.

  Ərdoğan çıxışı zamanı “Türkmənistan qazının Türkiyə üzərindən Avropa bazarlarına daşınması barədə hər iki ölkənin baxışlarınn eyni olduğunu” vurğulayaraq deyib: “Bu məqsədlə Türkiyə, Türkmənistan və Azərbaycan arasında Xarici İşlər nazirləri səviyyəsində üçlü mexanizm yaradılıb ki, yaxınlarda bu ittifaq dövlət başçıları mərtəbəsində olacaq”.

  Ankaranın rəsmi qonağı, Türkmənistan dövlət başçısı Qurbanqulu Berdimuhammedova Türkiyə Odalar və Borsalar Birliyinin (TOBB) İqtisadiyyat və Texnologiya Universiteti tərəfindən fəxri doktor adı verilib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr