"Türkiyə Avropa İttifaqına daxil olarsa…"

“Türkiyə Avropa İttifaqına daxil olarsa…”

246687
"Türkiyə Avropa İttifaqına daxil olarsa…"

Baş nazir Əhməd Davudoğlu dünən Portuqaliyaya rəsmi səfər edib.

Davudoğlu Lissabonda portuqaliyalı həmkarı Pedro Passos Kaelho (Caelho) tərəfindən rəsmi mərasimlə qarşılanıb.

  İki liderin baş-başa görüşməsindən sonra hökumətlərarası zirvə toplantısı keçirilib.

  Türkiyə və Portuqaliya arasında müdafiə, iqtisadiyyat, təhsil və qida təhlükəsizliyi sahələrində sazişlər imzalanıb.

  Davudoğlu və Kaelho (Caelho) birgə mətbuat konfransı keçiriblər.

  Baş nazir Davudoğlu “Türkiyə Avropadan ayrı düşünülə bilməz” deyə vurğulayaraq bu sözlərlə davam edib: "Türkiyə öz müqəddəratını Türkiyə əleyhdarlarının əlinə buraxa bilməz".

  Türkiyənin Avropa İttifaqı üzvlüyü məsələsinə münasibət bildirən portuqaliyalı baş nazir Kaelho (Caelho) da Davudoğlunun sözlərinə dəstək verərək “Türkiyə Avropa İttifaqına daxil olarsa, bu, həm İttifaq, həm də Türkiyə baxımından faydalı olar” deyib.

  Baş nazir Davudoğlu İŞİD-in Mosuldan çıxarılması mövzusuna da toxunaraq deyib: "İraq və Suriyanın sabitliyi bizimçün həyati məsələdir. İŞİD başda olmaqla terror təşkilatlarının bu ölkələrdə tərətdiyi hadisələr Türkiyə üçün də narahatverici haldır. Bu barədə mövqeyimiz açıqdır: ölkəmizə təhlükə təhdidi olarsa, biz vəziyyəti ələ alacağıq.”

  Portuqaliya prezidenti Kavako (Cavaco) Silva və keçmiş prezident Corc (Jorge) Sampaio ilə də görüşən baş nazir Əhməd Davudoğlu sonra Lissabondakı Mərkəz Məscidi və şəhid Türk diplomatlarının xatirə abidəsini ziyarət edib.

  Baş nazirin növbəti səfəri Amerika Birləşmiş Dövlətlərinədir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr