"İŞİD Mosul muzeyindəki 8 min tarixi əsəri məhv edib"

Prezident Rəcəb Tayyib Ərdoğan İŞİD-i sәrt sözlәrlә tənqid edib.

248125
"İŞİD  Mosul muzeyindəki 8 min tarixi əsəri məhv edib"

Prezident Rəcəb Tayyib Ərdoğan, Mosul muzeyindəki 8 min tarixi əsəri məhv edən terror təşkilatı İŞİD-i sәrt sözlәrlә tənqid edib.
"Mədəniyyətlərimiz bir sıra tәxribatlara, soyqırım cəhdlərinə baxmayaraq qorunmuş vә indәn sonra da qorunacaq”.
Bunu İstanbulda 'kəlamdan qələmə Böyük Görüş' sərgisinin açılışında sәslәndirәn prezident Ərdoğan, İslam mədəniyyətinin bir elm, irfan və kitab mədəniyyəti olduğunu vurğulayıb.
Abbasi mədəniyyəti dövründә Bağdadda 36 kitabxananın olduğunu, bunların hamısının Hülaku xanın başçılığındakı Monqol orduları tərəfindən yandırılıb mәhv edildiyini xatırladan cәnab Әrdoğan, “ İndiki vaxtda Suriyada, İraqda fəaliyyət göstərən terror təşkilatı İŞİD dә eyni yolu izlәyәrәk mədəniyyətimizin, köklərimizin izlәrini silmәyә çalışır . Lakin bu mәhv edilәn әsәrlәrin yalnız sənət dəyərləri deyil, təmsil etdikləri mədəniyyət dəyərləri də gələcək üçün ümid bәxş edir” deyә bildirib.
Digәr tәrәfdәn prezident Ərdoğan tәrәfindәn açılışı reallaşan 'kəlamdan qələmə Böyük Görüş' sərgisində, Türk İslam sənətinin ən yaxşı nümunələrini təmsil edən fərmanlar, lövhələr, yeni və köhnə əl yazmalarından ibarət 99 əsər ilk dəfə nümayiş etdirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr