Türkmǝnistan prezidenti Türkiyǝyǝ sǝfǝrǝ gǝlǝcǝk

Türkmǝnistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğanın dǝvǝtilǝ martın 3-4-dǝ Ankaraya rǝsmi sǝfǝrǝ gǝlǝcǝk.

241317
Türkmǝnistan prezidenti Türkiyǝyǝ sǝfǝrǝ gǝlǝcǝk

Türkmǝnistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğanın dǝvǝtilǝ martın 3-4-dǝ Ankaraya rǝsmi sǝfǝrǝ gǝlǝcǝk.
Әrdoğan vǝ Berdiməhəmmədov Ankarada keçirǝcǝklǝri tǝkbǝ-tǝk vǝ geniştǝrkibli görüşlǝrlǝ yanaşı İstanbulda da Türkmǝnistan Beynǝlxalq Sǝrmayǝ Qoyuluşu forumunun açılış mǝrasiminǝ qatılacaq.
Cümhurbaşqınlığı mǝtbuat xidmǝtinin verdiyi açıqlamada bildirilib ki, qonaq prezidentin sǝfǝri zamanı keçirilǝcǝk görüşlǝrdǝ dost vǝ qardaş iki ölkǝ arasındakı ǝlaqǝlǝrin inkişaf etdirilmǝsi, ayrıca regional vǝ beynǝlxalq mǝsǝlǝlǝr mövzusunda fikir mübadilǝsi aparılacaq. Bu sǝfǝrin xüsusi vǝ imtiyazlı ǝlaqǝlǝrǝ sahib olduğumuz Türkmǝnistan ilǝ çox şaxəli ǝmǝkdaşlığımızın inkişaf etdirilmǝsinǝ töhfǝ verǝcǝyi gözlǝnilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr