Milli Tǝhlükǝsizlik Şurasının cari ildǝ ilk toplantısı

Toplantı Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğanın rǝhbǝrliyindǝ ötǝn gün Cümhurbaşqanlığı Sarayında baş tutub.

239623
Milli Tǝhlükǝsizlik Şurasının cari ildǝ ilk toplantısı

Toplantı Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğanın rǝhbǝrliyindǝ ötǝn gün Cümhurbaşqanlığı Sarayında baş tutub.
Altı saata yaxın davam edǝn toplantıda, “paralel dövlǝt” idarǝetmǝ ilǝ mübarizǝ, terrorun hǝllinǝ dair proses, ölkǝdaxili tǝhlükǝsizlik mǝsǝlǝsi, Suriyada baş verǝnlǝr, DEAŞ vǝ enerji tǝhlükǝsizliyinǝ dair mövzular dǝyǝrlǝndirilib.
Toplantıdan sonra verilǝn yazılı açıqlamada, Suriyada ortaya çıxan tǝhlükǝsizlik problemlǝri vǝ hǝrbi ehtiyaclar sǝbǝbindǝn hǝyata keçirilǝn “Şah Fırat” ǝmǝliyyatının müzakirǝ edildiyi vǝ ǝmǝliyyatı uğurla hǝyata keçirǝn Türk Silahlı Qüvvǝlǝrinin tǝqdir vǝ tǝbrik edildiyi bildirilib.
Açıqlamada qeyd ǝdilib ki, toplantıda Suriyadakı mövcud vǝziyyǝt, DEAŞ daxil olmaqla Suriyadan mǝnbǝlǝnǝn tǝhlükǝ vǝ tǝhdidlǝrin ölkǝmizin tǝhlükǝsizliyi vǝ sabitliyinǝ tǝsirlǝri, beynǝlxalq alǝmdǝ ǝmǝkdaşlıq içindǝ atdığımız addımlar, Suriya mǝsǝlǝsi ilǝ bağlı olaraq beynǝlxalq sahǝdǝ baş verǝn hadisǝlǝr, ölkǝmizdǝki qaçqınların vǝziyyǝti vǝ humanitar yardımlar müzakirǝ edilib.
Terror mǝsǝlǝsinin hǝllinǝ dair prosesdǝ atılan addımların da dǝyǝrlǝndirildiyi toplantıda, terrorun sona çatdırılması üçün aparılan mübarizǝnin qǝti qǝrarla davam etdirilmǝsi vurğulanıb.
Açıqlamada, “paralel dövlǝt” idarǝetmǝ vǝ bir sıra qeyri-qanuni tǝşkilatlanmalar haqqında da toplantıda mǝlumat verildiyi bildirilib.
Cǝnubi Qafqazdakı proseslǝrin dǝ müzakirǝ edildiyi toplantıda, Xocalı Soyqırımının şǝhidlǝri dǝ rǝhmǝtlǝ anılıb.
Toplantıda ayrıca Liviya vǝ Yǝmǝndǝ yaşananlar ilǝ Orta Şǝrq vǝ Şimali Afrikadakı vǝziyyǝt, İsrail-Fǝlǝstin mǝsǝlǝsindǝ baş verǝn proseslǝr dǝ gözdǝn keçirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr