Əhmət Davudoğlu Portuqaliya və ABŞ-a səfər edəcək

Baş nazir Əhmət Davudoğlu, Mart ayının 3-7-si tarixlərində Portuqaliya və ABŞ-a səfər edəcək.

240332
Əhmət Davudoğlu Portuqaliya və ABŞ-a səfər edəcək

Baş nazir Əhmət Davudoğlu, Mart ayının 3-7-si tarixlərində Portuqaliya və ABŞ-a səfər edəcək.
Bas nazirlik Mətbuat Müşavirliyinin açıqlamasına görə,Əhmət Davudoğlu martın 3-ə Portuqaliyanın sabiq prezidenti və Mədəniyyətlər İttifaqının İlk Ali nümayəndəsi Jorge Sampaio ilə görüşəcək.Daha sonra isə bir televiziya kanalına müsahibə verəcəyini bildirib.
Davudoğlu, Lisabbon Mərkəz Məscidini ziyarət etdikdən sonra Portuqaliyadaki İslam Cəmiyyətinin nümayəndələri ilə görüşəcək və Şəhid diplomatların xatirəsinə ucaldılan abidə önünə çələng goyacaq.
Portuqaliya przidenti Cavaco Silva tərəfində də qəbul ediləcək olan Baş nazir,Portuqaliyalı həmkarı Pedro Pasos Coelho ilə təkbə-tək görüş keçirəcək.
Baş Nazir və həmkarı Coelho 1-ci Türkiyə-Portuqaliya Hökumətlərarası Zirvə toplantısına və ikitərəfli razılaşmanın imza mərasiminə qatılacaq.Mərasimdən sonra isə birgə mətbuat konfransı keçiriləcək.
Davutloğlu, Coelhonun şərəfinə verəcəyi yeməyin ardından Nyu -Yorka hərəkət edəcək.
Davudoğlu, Nyu-Yorkda, ‘‘Goldman Sachs’’ sərmayəçiləri ilə nahar yeməyində görüşəcək.Daha sonra isə ‘‘CEO’’sərmayədarları ilə ikitərəfli danışıqlar reallaşdırılacaq.
“City Bank” korporativ yatırımcılarıyla isə axşam yeməyində görüş keçirilməsi nəzərdə tutulub.
Baş nazir, daha sonra Amerikan-Türk Vəqfinin rəhbərliyi və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki Moon və Türk mətbuat mənsublarıyla da bir araya gələcək.
‘‘Bank of America’’ və ‘‘Merrill Lynch Portfoy’’ yatırımcılarıyla nahar yeməyində Davudoğlu, sərmayəçi CEO-la görüşüb, CFR-in illik təşkilat konfransına qatılacaq.
Davudoğlu, BMT GK-da "Beynəlxalq Qadın Günü" qeyd etmə fəaliyyəti çərçivəsində, dövlət-hökumət başçılarının söz alacağı hissədə çıxış edəcək.
Baş nazir Davudoğlunun, Amerikadakı bəzi müsəlman cəmiyyət nümayəndələri ilə görüşməsindən sonra Amerikan mətbuatıyla da toplantı keçirməsi nəzərdə tutulur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr