"Türkiyədə ailə dəyərləri yüksəkdir", Viktor Orban

Baş nazir Əhməd Davudoğlu Macarıstana bir günlük səfərdə olub.

236311
"Türkiyədə ailə dəyərləri yüksəkdir", Viktor Orban

  Paytaxt Budapeştdə görüşlər zamanı 6 müqavilə imzalanıb ki, onlardan biri Gül Baba türbəsinin bərpası ilə bağlıdır. Eyni zamanda, Ankara və Budapeşt qardaşlaşmış şəhərlər elan olunub.

  Müqavilələr imzalandıqdan sonra baş nazir Əhməd Davudoğlu Macarıstanlı həmkarı Viktor Orbanla ortaq mətbuat konfransı keçiriblər.

  Davudoğlu “Türkiyə və Macarıstan əlaqələrin xüsusi olduğu iki ölkədir” deyib.
Orban isə çıxışında Türk ailə quruluşuna diqqət çəkib və bu sözləri vurğulayıb: "Sözün əsil mənasında qibtə edirik. Türkiyə Avropada gənc dövlət sayılır. Amma ailə dəyərləri bu ölkədə yüksəkdir. Buna görə gələcəyə güvənirlər. Macarıstan da Türkiyə kimi müvəffəqiyyətli olmağı istəyir."

  Təbii ki, Macarıstan səfərinin ana planı iqtisadi əlaqələr idi. Və Əhməd Davudoğlu Türkiyə-Macarıstan Ortaq İş Forumunda danışaraq bu fikirləri önə çəkib: "Ölkələrimiz arasında olan 2 milyard dollarlıq xarici ticarəti ən qısa zamanda 5 milyarda çatdırmaqda qərarlıyıq. Enerji əməkdaşlığımız da öz yerində."

  Davudoğu Qaliçya (Galiçya) şəhidlər xiyabanını ziyarət etdikdən sonra Macarıstan prezidenti Canos (Janos) Ader tərəfindən qəbul olunub, daha sonra Gül Baba türbəsinə baş çəkib. Qəhrəmanlar abidəsinə çələng qoyduqdan sonra Əhməd Davudoğlunun Budapeşt səfəri sona çatıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr