Süleyman Şah Hörmət türbəsindən əmanətlər daşınıb

Türkiyə Silahlı Qüvvələri internet saytında hesabat verib

227458
Süleyman Şah Hörmət türbəsindən əmanətlər daşınıb

  Dünən Türkiyə Silahlı Qüvvələri Suriyaya içində 40-dan çox əsgərin olduğu Süleyman Şah türbəsi və Hörmət polis məntəqəsinə əməliyyat təşkil ediblər.

  Türkiyə Silahlı Qüvvələrinin internet saytında ilk rəsmi məlumat açıqlanıb. Şərhdə deyilir: “Beynəlxalq sazişlərdə Süleyman Şah türbəsi və Hörmət polis məntəqəsindəki mənəvi dəyəri yüksək, əcdad yadigarı əmanətlər götürülüb, Suriyada ortaya çıxan hərbi münaqişələr və təhlükəsizlik problemlərilə əlaqədar müvəqqəti olaraq yenə Suriya torpaqlarında yerləşən Suriya Eşmesi kəndinə daşınmaq üçün gətirilib".

  Geridə qiymətli əmanətin qalmadığı vurğulanan şərhdə daha sonra yazılır: "Suriya Eşmesində cənazələrin daşındığı bölgə birliklərimiz tərəfindən nəzarət altına alııb, Türkiyə bayrağı göyə qaldırılıb”.

  Açıqlamada o da qeyd edilir ki, “Şah Fırat” Əməliyyatı zamanı hər hansı bir qarşıdurma olmayıb, amma qəza nəticəsində Türkiyə Hərbi Qüvvələrindən bir nəfər həyatını itirib”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr