Nǝçirvan Bǝrzaninin Ankara görüşlǝri

İraq Kürd Regional İdarǝnin Baş naziri Ankarada bir sıra görüşlǝr keçirib.

224540
Nǝçirvan Bǝrzaninin Ankara görüşlǝri

İraq Kürd Regional İdarǝnin Baş naziri Ankarada bir sıra görüşlǝr keçirib.
Görüşlǝrin, neft sazişi vǝ terror tǝşkilatı “DAİŞ” ilǝ mübarizǝ tǝşkil edib.
Bǝrzani paytaxt Ankarada öncǝ Cümhurbaşqanlığı Sarayında Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan tǝrǝfindǝn qǝbul edilib.
Görüşdǝ, İqtisadiyyat naziri Nihat Zeybǝkçi, Enǝrji vǝ Tǝbii Sǝrvǝtlǝr naziri Tanǝr Yıldız, Xarici İşlǝr Nazirliyinin müşaviri Feridun Sinirlioğlu vǝ Cümhurbaşqanlığı Baş katibinin müavini İbrahim Kalın iştirak edib.
İraq Kürd Regional İdarǝnin rǝsmi internet sǝhifǝsindǝn verilǝn açıqlamaya ǝsasǝn görüşdǝ terror tǝşkilatı “DAİŞ”lǝ mübarizǝ, Peşmergǝ qüvvǝlǝrinin ǝldǝ etdiyi uğurlar, Әrbil-Bağdad arasındakı neft sazişi, Ankara-Әrbil ǝlaqǝlǝrinin hǝr sahǝdǝ inkişafı, enerji, iqtisadiyyat vǝ ticarǝtǝ dair ǝmǝkdaşlığın güclǝndirilǝrǝk davam etdirilmǝsi barǝdǝ fikir mübadilǝsi edilib.
Bǝrzani daha sonra Baş nazir Әhmǝd Davudoğlu ilǝ görüşüb. Görüşdǝ neft sazişi vǝ “DAİŞ” terror tǝşkilatı ilǝ mübarizǝ mǝsǝlǝlǝrindǝn danışılıb. Humanitar yardımların da müzakirǝ edildiyi görüş zamanı Davudoğlu humanitar yardımların davam etdirilǝcǝyini diqqǝtǝ çatdırıb.
Ankarada görüşlǝrini başa vuran Bǝrzani, dünǝn axşam saatlarında Türkiyǝdǝn ayrılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr