THY günortaya qədər daxili uçuşları dayandırıb

THY günortaya qədər daxili uçuşları dayandırıb

222771
THY günortaya qədər daxili uçuşları dayandırıb

  Soyuq, qar və dumanlı hava şərtlərinə görə bu gün Türkiyədə günortaya qədər olan şəhərlərarası hava səfərləri təxirə salınıb.

  Xarici xətt səfərlərilə bağlı isə sərnişinlərdən xahiş edilib ki, hava limanına gəlməzdən əvvəl uçuşları Türk Hava Yollarına məxsus internet saytından və ya zəng etməklə məlumat alıb öyrəndikdən sonra hərəkət etsinlər.

  Qeyd edək ki, qışın bu sərt günlərində Türkiyənin bir çox şəhərlərinin uşaq bağçaları, orta və ali məktəblər üçün tətil elan olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr