Ankara ilə Vaşinqton arasında razılaşma

Ankara ilə Vaşinqton arasında razılaşma

221397
Ankara ilə Vaşinqton arasında razılaşma

  Türkiyə ilə ABŞ Suriyalı müxaliflərin təlim və təchizat dəstəyilə bağlı razılığa gəldilər.

  Beləcə, Ankara ilə Vaşinqton arasında aylardır davam edən müzakirələr müsbət nəticələnmiş oldu.

  Amerika Birləşmiş Ştatları Dövlət katibi Cen (Jen) Psaki Türkiyənin “Təlim və təzhizata dəstək proqramı”na ev sahibliyi etməsiylə bağlı detallara qədər müzakirə etdiklərini bildirib.

  Pentaqon təxminən min əsgərini Türkiyə, Səudiyyə Ərəbistanı və Qatara göndərəcək. Amerikalı əsgərlər rabitə və kəşfiyyat mövzusunda Suriyalı müxalif qruplara dəstək olacaq.

  "Təlim və təchizata dəstək'' proqramının mart ayında həyata keçirilməsi planlaşdırılır. İlk ildə 5 mindən çox Suriyalı müxalifi təlim alacaq. İlin sonuna qədər isə Suriyalı müxaliflərin hərbi əməliyyatlara hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr