"… körpülər və yollar deyil, həm də qazanılmış könüllər buraxın"

“… körpülər və yollar deyil, həm də qazanılmış könüllər buraxın”

220245
"… körpülər və yollar deyil, həm də qazanılmış könüllər buraxın"

  İqtisadiyyat Nazirliyi və Türkiyə Podratçılar (Müteahhitler) Birliyi xaricdə fərqli layihələrə imza atan 42 firmanı mükafatlandırıb. Firma sahibləri mükafatlarını birbaşa dövlət başçısı Rəcəb Tayyib Ərdoğandan alıblar.
  Ərdoğan müxtəlif ölkələrdə investisiya edən inşaat firmalarına müraciətlə deyib: "İstər özünüz, istərsə də bu işlə bağlı çalışan yerli ictimai və qeyri-hökumət təşkilatları ilə çalışarkən, yəni hər bir halda, olduğunuz ölkələrdə mütləq insanpərvərlik prinsipini gözləyin. Oradaki işiniz bitdiyi zaman arxanızca təkcə inşa edilmiş binalar, körpülər və yollar deyil, həm də qazanılmış könüllər buraxın". Bu sözləri Ərdoğan həm də ölkədə fəaliyyət göstərən firmalara da ünvanladığını dedi.
  Mükafatvermə mərasimində Ərdoğan həm də Milli Məclisə seçimlərdən sonra prezident idarəçilik sisteminə keçid məsələlərindən danışıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr