Türkiyə üçün bir sıçrayış dövrü olacaq

Kolumbiya, Kuba və Meksika səfərlərindən Vətənə qayıdan ölkə başçısı Rəcəb Tayyib Ərdoğan jurnalistlərə verdiyi açıqlamada deyib:

219086
Türkiyə üçün bir sıçrayış dövrü olacaq

  "Təxminən 1 həftəlik böyük bir səfər reallaşdırdıq. Birinci Kolumbiyaya getdik. Düzdür ki, ölkələrimiz arasında son 10-12 il ərzində olan ticarət həcmi artıb, amma kafi deyil, rəqəmləri daha da yüksəltməliyik. Kuba da, bilirsiniz, uzun illər sanksiyalar tətbiq olunan bir ölkədir, çətinlikləri var. Aramızdakı ticarət həcmi 28 milyon dollardır. Bunun da yarısı idxal, yarısı ixrac. Lakin danışıqlar apardıq, nəticələr çox müsbət gözlənilir. Meksika 3-cü dəfə getdiyim bir ölkə idi. Orda bizə münasibət həmişə yaxşı olub və var. Bu 3 ölkənin bir-birləriylə əlaqələrinin də yaxşı olduğunu gördüm. Ona görə hər üç ölkə ilə istər sərbəst ticarət, istərsə də böyük müqavilələr imzalamağı və həyata keçirməyi düşünürük. Önümüzdəki dövr Türkiyə üçün bir sıçrayış dövrü olacaq. "


Etiketlәr:

Әlaqәli Xәbәrlәr