İstanbul "Monopoly - dünya şəhərləri" oyununda

İstanbul "Monopoly - dünya şəhərləri" oyununda

219115
İstanbul "Monopoly - dünya şəhərləri" oyununda

  Oyuncaq şirkəti “Hasbro” sosial xəbər və əyləncə saytı “Buzzfeed”lə birlikdə yeni "Monopoly” dünya şəhərləri" oyununda iştirak edəcək 20 şəhəri seçmək üçün səsvermə keçirir.

  Aralarında İstanbulun da olduğu 80 şəhərə səsvermə 4 martda başa çatacaq. Qiymətləndirmə sonunda ən çox səs alan 20 şəhər bu payızda bütün dünyada satışa təqdim ediləcək oyunda iştirak etmə haqqı qazanacaq.

  Oyunda iştirak edəcək şəhərlər Dünya “Monopoly” günündə, yəni 19 martda açıqlanacaq.

  “Hasbro”nun Türkiyədə Satışa Çıxarma müdiri Caner Sandıq “Layihə Türkiyənin təqdimatı baxımından çox əhəmiyyətlidir” deyib.

  www.oyumistanbula.com ünvanından səsverməyə qatılanlar sevdikləri şəhər üçün səs verə bilərlər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr