Ərdoğanın Latın Amerikası səfəri başa çatır

Ərdoğanın Latın Amerikası səfəri başa çatır

216864
Ərdoğanın Latın Amerikası səfəri başa çatır

  Kubaya gedən ilk Türkyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Kubalı həmkarı Raul Kastro ilə görüşdü. Ziyarətləri zamanı ordakı Mustafa Kamal Atatürk büstünə baş çəkdi və Türkiyə türkcəsində və İspan dilində "Yurdda sülh, dünyada sülh" yazılarının üzərinə çiçək qoydu. Daha sonra Ordu Meydanı və Havana Şəhər Muzeyində oldu.
  Kubada çıxışları zamanı Ərdoğan Türkiyənin Kubada bir məscid inşa etməyi də planladığını və bunu ənənəvi Türk-İslam memarlığı əsasında istədiklərini bildirdi. Bundan başqa, dövlət başçısı Türk Hava Yollarının yeni uçuş nöqtələrinin müəyyən edilməsi barədə də danışdı. Kuba-Türkiyə ticarət əlaqələrinin aşağı olduğunu, təbii ki, bunun sanksiyalardan qaynaqlandığını xatırladan Ərdoğan Kubaya tətbiq olunan qadağaların insani və vicdani baxımdan doğru hesab etmədiyini  dilə gətirdi.
  Dövlət başçısının Latın Amerikası turunun son dayanacağı Meksika olacaq. Bu səfəri çərçivəsində Ərdoğan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi olan TİKA-nın Amerika qitəsindəki ilk koordinasiya ofisinin açılışını reallaşdıracaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr