Türkiyǝdǝ kǝskin hava şǝraiti

Atatürk Hava Limanında daxili və xarici reyslərdə 83 səfər ləğv edilib.

216045
Türkiyǝdǝ kǝskin hava şǝraiti

Kəskin hava şəraiti ilə əlaqədar Ankara və İstanbulda məktəblər bağlanıb.
Güclü qar sǝbǝbindǝn iki böyük şəhərdə ciddi problemlər yaranıb.
İstanbulda fevralın 9-da yağmağa başlayan qar dünən axşam saatlarında daha da güclənib. Şəhər Valiliyi, güclü qar səbəbindən məktəblərdə dərslərə ara verildiyini açıqlayıb.
Hava şəraiti ilə əlaqədar Ankaradakı məktəblərdə də bir günlük tətil elan edilib.
Mərmərə, Әge və başqa bölgələrdə də qar çovğunu gündəlik həyata mənfi təsirini davam etdirir. Sürəti saatda 80 km-ə çatan çovğun səbəbindən İstanbul-Bandırma dəniz nəqliyyatı səfərləri ləğv edilib.
Türk Hava Yolları Atatürk Hava Limanında daxili və xarici reyslərdə 83 səfərin ləğv edildiyini açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr