Ərdoğan Ərəb iş adamları və sǝrmayǝdarlarla görüşüb

Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrindən gələn bir qrup iş adamı və sǝrmayǝdarlarla görüş keçirib.

211844
Ərdoğan Ərəb iş adamları və sǝrmayǝdarlarla görüşüb

Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı və Körfəz ölkələrindən gələn bir qrup iş adamı və sǝrmayǝdarlarla görüş keçirib.
Ərdoğan, 2 gündür Türkiyədə investisiya imkanlarını araşdıran bəzi Ərəb iş adamı və sərmayədarları dünən Cümhurbaşqanlığı Sarayında qəbul edib.
Görüşdə bərpa olunan enerji, səhiyyə və maliyyə sektoru başda olmaq üzrə Türkiyədə müxtəlif sahələrdə sǝrmayǝ qoymağı arzulayan Ərəb iş adamı və sǝrmayǝdarlar, təmaslarında müxtəlif təşkilatlardan hǝmin mövzularda məlumat aldıqlarını dilǝ gǝtiriblǝr.
Dövlǝt başçısı Ərdoğan da Türkiyənin sǝrmayǝdarlar üçün cazibədar bir ölkə olduğunu ifadə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr