Avropa İttifaqı naziri Bozkır ABŞ-da sǝfǝrdǝdir

Avropa İttifaqı naziri Volkan Bozkır, ABŞ prezidenti Barak Obamanın da qatılacağı Konqres üzvləri tərəfindən hər il təşkil edilən bir tǝdbirdǝ Türkiyəni təmsil edəcək.

211850
Avropa İttifaqı naziri Bozkır ABŞ-da sǝfǝrdǝdir

Avropa İttifaqı naziri Volkan Bozkır, ABŞ prezidenti Barak Obamanın da qatılacağı Konqres üzvləri tərəfindən hər il təşkil edilən bir tǝdbirdǝ Türkiyəni təmsil edəcək.
Bozkır sǝfǝri çǝrçǝvǝsindǝ ötǝn gün, Nümayəndələr Məclisi Türkiyə Dostluq Qrupu və Trans-Atlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı Dostluq qrupunun həmsədrləri ilə dǝ görüşüb.
Volkan Bozkır, Türkiyənin Vaşinqton Səfirliyinin evsahibliyindǝ təşkil edilən ziyafətdə Vaşinqton və yaxın şǝhǝrlǝrdǝ təhsil götürǝn vətəndaşlar və alimlərlə də bir araya gǝlib.
Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzv olmaq üçün sǝylǝrini davam etdirǝcǝyini vurğulayan nazir Bozkır dyib ki, Avropa İttifaqının Türkiyəni üzv kimi qǝbul etməmə lüksü yoxdur.
Avropa İttifaqı naziri Bozkır, Washington ziyarətində Prezident Obama və müxtəlif ölkələrdən yüksək səviyyəli səlahiyyətlilər qǝlyanaltı edǝcǝk.
Volkan Bozkır ayrıca, Amerika Birləşmiş Ştatları ilə Avropa İttifaqı arasında müzakirələri hələ də davam edən Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı müqaviləsinin Türkiyəyə ola biləcək təsirləri haqqında Obama rəhbərliyi və Konqres ilə rəsmi görüşlǝr keçirǝcǝk.
Bozkır, bir beyin mǝrkǝzindǝ mövzu haqqında tǝşkil edilǝn konfransda çıxış edǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr