Prezident Әrdoğan: "Səmimisinizsə arxivlərimizi açaq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan:" Xəritədə Ermənistanın harada yerləşdiyini bilməyənlər, parlamentlərində bu ölkə ilə bağlı qərar verirlər»

205412
Prezident Әrdoğan:  "Səmimisinizsə arxivlərimizi açaq"

Türkiyə kimlərinsə sifarişi ilə 1915-ci il hadisələrini ermənilərin soyqırımı kimi tanımaq məcburiyyətində deyil.
Bunu “TRT”yə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Onun sözlərinə görə, Türkiyə dəfələrlə 1915-ci il hadisələrinin aydınlaşması üçün arxivlərini açmağa hazır olduğunu deyib. Ermənistanın da belə bir arxivi varsa, onlarda həqiqətlərin ortaya çıxması üçün arxivlərin açsın. Səmimisinizsə açaq arxivlərimizi, tarixçilərimiz araşdırmalarının nəticələrini bizə təqdim etsin, siyasətçilər isə oturub danışsın. Ermənilər heç əlaqəsi olmayan ölkələrə gedib özlərinə uyğun qərar çıxartdırırlar. Xəritədə Ermənistanın harada yerləşdiyini bilməyənlər parlamentlərində bu ölkə ilə bağlı qərar verirlər»-deyə Türkiyənin dövlət başçısı əlavə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr