"Terrorun hǝlli prosesi" ilǝ bağlı toplantı keçirilib

Baş nazir Әhmǝd Davudoğlunun başçılığı ilә Ankarada baş tutan toplantıda terrorun hǝllinǝ dair prosesdǝ atılan addımlar vǝ yol xǝritǝsi müzakirǝ edilib.

202177

Toplantıda bölgǝdǝki son vǝziyyǝt vǝ hökumǝtin fǝrqli qruplarla keçirdiyi görüşlǝr dǝ gündǝmǝ salınıb.
Toplantıya Baş nazirin müavinlǝri- Әli Babacan, Yalçın Akdoğan vǝ Numan Kurtulmuş, Әdliyyǝ naziri Bǝkir Bozdağ, Daxili işlǝr naziri Әfkan Ala, Milli Müdafiǝ naziri İsmǝt Yılmaz, Xarici İşlǝr Nazirliyi aparatının rəhbəri Firudin Sinirlioğlu, Milli İstihbarat (kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan vǝ Dövlǝt Tǝhlükǝsizliyi müşaviri Muhammǝd Dǝrvişoğlu qatılıblar.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr