Dövlǝt başçısı Әrdoğan TRT-yǝ müsahibǝ verib

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan, TRT-nin özǝl yayımında xarici siyasǝtǝ dair mövzuları dǝyǝrlǝndirib.

202170
Dövlǝt başçısı Әrdoğan TRT-yǝ müsahibǝ verib

Cümhurbaşqanlığı Sarayının qapıları ilk dǝfǝ televiziya kanalları üçün açılıb vǝ o kanal da TRT olub.
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan, TRT-nin özǝl yayımında xarici siyasǝtǝ dair mövzuları dǝyǝrlǝndirib.
Ermǝni iddialarına toxunan Әrdoğan deyib ki, “Belə bir şeyi qəbul etməyimiz mümkün deyil. Kimlərinsə sifarişi ilə biz qondarma “erməni soyqırımı”nı qəbul etməyə məcbur deyilik. Biz yenə bildiririk: bu mövzuda əgər səmimisinizsə, gəlin bunları tarixçilərin ixtiyarına buraxaq. Qoy tarixçilər bu mövzu ətrafında çalışsınlar. Bir milyondan çox sәnәd çıxarmışıq ortaya. Araşdırılsın, günahımız varsa, lazımi addımı atmağa hazırıq. Amma Ermәnistan bunu istәmir. Yalnız bәyanat şәklindә "Türkiyә günahkardır" deyir. Bunu qәbul etmәk olmaz”.
Dövlǝt başçısı Yunanıstandakı seçki nǝticǝlǝrinǝ dair sualı cavablandırarkәn isǝ deyib ki, “Siriza” yeni bir partiyadır. Seçki kampaniyalarında öz mövqeyini ortaya qoyub vǝ qǝlǝbǝ qazanıb. Aleksis dә bundan yaxşı istifadǝ etmǝlidir.
Türkiyǝnin Avropa İttifaqına üzvlük prosesinǝ dǝ toxunan Әrdoğan bildirib ki, Avropa İttifaqı bu günǝ qǝdǝr sǝmimi olmadığını göstǝrib, Türkiyǝ İttifaqdan sǝmimi şǝkildǝ müzakirǝ prosesinin davam etdirilmǝsini istǝyir.
Dövlǝt başçısı Fransadakı “Charlie Hebdo” jurnalı redaksiyasına edilǝn hücumun gizli bir sui-qǝsd olub-olmadığına dair sualı cavablandırarkәn isǝ deyib ki, belǝ suallara cavab vermǝk mǝnim işim deyil. 16 ay hǝbsdǝ olan cinayǝtkarlar nǝ üçün kǝşfiyyat tǝrǝfindǝn izlǝnmǝyib?.
Nehanyahunun Parisdǝki terroru lǝnǝtlǝmǝ yürüşünǝ qatılmasına da münasibǝt bildirǝn Әrdoğan qeyd edib ki, oraya dǝvǝtli olmadığı halda gǝldiyini öyrǝnib. Yürüşdǝ terroru pislǝmǝk üçün bir araya gǝlinib, terrorun da dini, millәti olmaz. Terror barbardır, vǝhşidir. Lakin Netanyahu dövlǝt terroru ilә tәhdid edәn bir şǝxsdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr