Gitarasıyla 40-dan çox ölkəni gəzən Xuefei Yang Türkiyədə

“Çinin bir nömrəli gitaraçısı”

201542
Gitarasıyla 40-dan çox ölkəni gəzən Xuefei Yang Türkiyədə


  Sakıp Sabancı Muzeyində "Sevgililər günü"ndə solo konsert verəcək Xuefei Yang romantik əsərlərdən ibarət bir musiqi çələngi hazırlayıb.

  7 yaşından gitara çalmağa başlayan xanım sənətçi 10 yaşından Çin Gitara Festivallarına qatılıb. “Royal Academy of Music”in üzvü olan Xuefei Yang 2000-ci ildə “Ivor Mairants” Beynəlxalq Gitara Yarışmasında qalib gəlib, 2005-ci ildə isə “EMI Classical” adını qazanıb. 2012-ci ildə “Abbey Road” studiyasında yazdırdığı "Bach Konçertoları" adlı son albomuyla isə rekord qıraraq ölkənin “Çinin bir nömrəli gitaraçısı” olub. Bundan sonra Avropa, Asiya və Şimali Amerika da daxil olmaqla 40-dan çox ölkədə konsert verib.

  Artıq Xuefei Yang gitarası ilə musiqilərini 14 fevral “Sevgililər günü”ndə Türkiyəlilərlə də paylaşacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr