Baş nazirin müavini Arınç, BMT-dǝ demokratiklǝşmǝ prosesindǝn da
Arınç, BMT İnsan Haqları Şurasının iclasında etdiyi çıxışda Türkiyǝdǝki demokratiklǝşmǝ sahǝsindǝ atılan son addımlar barǝdǝ mǝlumat verib.
Baş nazirin müavini Bülǝnt Arınç BMT İnsan Haqları Şurasının iclasında etdiyi çıxışda Türkiyǝdǝki fǝrqli dil vǝ lǝhcǝlǝrdǝ tǝhsil, azlıq haqları, din vǝ vicdan azadlığı sahǝlǝrindǝ atılan son addımlar barǝdǝ mǝlumat verib.
Türkiyǝdǝ son 5 ildǝ fǝrqli dil vǝ lǝhcǝlǝrdǝ tǝhsil sahǝsindǝ bir sıra dǝyişikliklǝr edildiyinǝ diqqǝt çǝkǝn Arınç deyib ki, ibtidai mǝktǝblǝrdǝ fǝrqli dillǝrdǝ keçirilǝn dǝrslǝrlǝ yanaşı müxtǝlif universitetlǝrdǝ Kürd, Ermǝni, Zaza, Gürcü vǝ Süryani Dili vǝ Әdǝbiyyatı İnstitutları açılıb.
Arınç ayrıca dövlǝt televiziya kanalı TRT-nin kürdçǝ vǝ ǝrǝbcǝ yayımları olduğunu deyib.
Demokratilkǝşmǝ tǝdbirlǝri çǝrçivǝsindǝ vǝtǝndaşların fǝrqli dil vǝ lǝhcǝlǝrdǝ siyasi tǝbliğat apara bildiklǝrinǝ diqqǝt çǝkǝn Baş nazirin müavini, bir sıra dǝyişikliklǝrlǝ dǝ mǝhkumların istǝdiyi dildǝ özünü müdafiǝ etmǝsinǝ imkan yaradıldığını vurğulayıb.
Әlaqәli Xәbәrlәr
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq