Türkiyǝ Avropa Parlamentinin hesabatını dǝyǝrlǝndirib

Türkiyǝnin Avropa Parlamentinin Türkiyǝyǝ dair hazırladığı hesabatının ilk layihǝsi ilǝ bağlı dǝyǝrlǝndirmǝsi Avropa İttifaqının rǝsmilǝrinǝ çatdırılıb.

197797

Türkiyǝnin Avropa İttifaqı Nazirliyi tǝrǝfindǝn verilǝn açıqlamada Avropa Parlamenti Xarici Әlaqǝlǝr Komitǝsinin 2014-cü ilǝ dair qǝrar layihǝsinin müzakirǝ edilmǝyǝ başlandığı bildirilib.
Qǝrar layihǝsi ilǝ bağlı düşüncǝ vǝ tǝkliflǝr isǝ Avropa Parlamentinin sǝdri Martin Şulz başda olmaqla Avropa İttifaqının rǝsmilǝrinǝ, siyasi qrupların rǝhbǝrlǝrinǝ vǝ Türkiyǝ Dostluq qrupunun hǝmsǝdrlǝrinǝ tǝqdim edilib.
Açıqlamada bildirilib ki, Türkiyǝ vǝ Avropa İttifaqının ortaq fǝaliyyǝtlǝri nǝticǝsindǝ ortaya çıxacaq obyektiv bir hesabat Türkiyǝnin üzvlük prosesinin irǝlilǝmǝsinǝ dǝstǝk olacaq.

Etiketlәr:

Әlaqәli Xәbәrlәr