Türkiyədən Ukrayna və Japoniyaya başsağlığı

Ukraynanın Mariupol şəhərində raket zərbələri nəticəsində 30 nəfərin ölüb.

197339
Türkiyədən Ukrayna və Japoniyaya başsağlığı

Xarici İşlər Nazirliyi Ukraynanın Mariupol şəhərində raket zərbələri nəticəsində 30 nəfərin ölməsiylə bağlı başsağlığı verib.
Bu hadisənin qətiyyətlə pislənildiyi başsağlığı məktubunda bütün Ukrayna xalqına səbr, yaralılara şəfa dilənilir. Bildirilir ki, Türkiyə mülki əhalini hədəf alan bu hücumların təkrar baş verməməsi üçün sülh danışıqlarını dəstəkləməkdə davam edəcək.
Xarici İşlər Nazirliyinin İŞİD terror təşkilatının girov götürdüyü 2 yapon vətəndaşının birini öldürməsi ilə bağlı verdiyi başsağlığında da barbar terror hadisəsi kəskin şəkildə pislənilir, Yaponiya hökumətinə, dost yapon xalqına dərin hüznlə başsağlığı verilir, Türkiyənin bundan sonra da terrora qarşı mübarizəsini davam etdirəcəyi ifadə olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr