"Türk iş adamları Cibutidә investisiya yatırmalı"

Prezident Ərdoğan, Türk iş adamlarından Cibutidә investiya yatırmalarını istәyib.

196520
"Türk iş adamları Cibutidә investisiya  yatırmalı"

Türkiyə Cibuti iş forumunda çıxış edәn prezident Rәcәb Tayyıb Әrdoğan, tikinti sahәsindә fәaliyyәt aparan iş adamlarına müraciәt edib. Onlardan Cibutinin şimal vә cənubunda inşa edilәcәk havalimanı layihәlәrindә iştirak etmlәlәrini istәyib.
Uğurlu Türk şirkәtlәrinin Cibutidә sәrmayә yatırmalarının zәrurәtinә toxunan prezident Ərdoğan, "Enerjidə dəyişik sahələr var. Hazırda Cibutidә istehsal edilәn elektirik enerjisi yüksәk qiymitә әmәlә gәlir. Türk iş adamları bu sahә ilә marqlanmalıdılar” deyә vurğulayıb.
Cibutidә geotermal və külək enerjisi istehsal etmә imkanlarının olduğunu ifadә edәn Prezident Ərdoğan, Türkiyənin Cibutidә xəstəxana inşa edəcəyini, söz mövzusu xəstəxanada çalışacaq tibb bacısı və həkimlәrin Türkiyə göndәrilәcәyini qeyd edib. Cibutidә infrastruktur problemlərinin aradan qaldırılması istiqamәtindә dә lazımlı addımların atıldığını sözlərinə əlavə edib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr