İngilis səfirinin xanımına verilən Osmanlı ordeni

Sultan 2-ci Əbdulhəmid tərəfindən ilk dəfə İngilis səfiri ser Henri Layardın (Sir Henry Layard) xanımı Ledi Layarda (Lady Layard) verilən orden hərraca çıxarılır.

195979
 İngilis səfirinin xanımına verilən Osmanlı ordeni

  Sultan 2-ci Əbdulhəmid tərəfindən ilk dəfə İngilis səfiri ser Henri Layardın (Sir Henry Layard) xanımı Ledi Layarda (Lady Layard) verilən orden hərraca çıxarılır. Bu “Şəfqət nişanı” ilk dəfə 1878-ci ildə xeyriyyə və yardım işlərində öndə gedən xanımlar üçün təsis edilib.

  Qızıl halqanın mərkəzində 2-ci Əbdülhəmidin möhürü, ətrafında almaz, zümrüd və yaqut daşlarından bəzəmələr var. Onu çevrələyən yaşıl mina üzərində isə Osmanlıca insaniyyət, kömək və hamilik sözləri yazılıb.

  Bir əsrdən artıq yaşı olan, Osmanlı dövrünün ilk “Şəfqət nişanı” sayılan orden sahibinin ölümündən sonra da geri alınmayan və varislərinə əmanət edilən qiymətli mükafatlardan biri olub.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr