Dövlət başcısı Ərdogandan başsaglığı mesajı

Dövlət başcısı Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının Kralı Əbdullahın vəfatıyla əlaqədar mesaj yayımlayıb.

195688
Dövlət başcısı Ərdogandan başsaglığı mesajı

Dövlət başcısı Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının Kralı Əbdullahın vəfatıyla əlaqədar mesaj yayımlayıb.
Kral Abdullahın Səudiyyə Ərəbistanı xalqının rifah və inkişafına böyük xidməti olduğunu vurğulayan Ərdoğan, Kralın İslam aləminin əməkdaşlıq və həmrəyliyini gücləndirmə uğrunda da önəmli dəstəyinin olduğunu ifadə edib.
Kral Abdullahın İki Müqəddəs Ocağa göstərdiyi xidmətləri də xatırladan Rəcəb Tayyib Ərdoğan, “Xidmətləri Türkiyə və bütün İslam aləmində böyük təqdir və minnətdarlıqla xatırlanacaq’ deyə bildirib.
İki ölkə əlaqələrinə də toxunan Ərdogan , “Kral Abdullahın vəzifədə olduğu müddət ərzində ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi uğrunda göstərdiyi cəhdləri də hər zaman minnədarlıqla xatırlayacağıq.’
Dövlət başcısı, Səudiyyə Ərəbistanının kral ailəsinə və xalqına başsağlığı diləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr