Prezident Ərdoğan Efiopiyada

Ərdoğan-ın növbәti Afrika sәfәri dünən başlayıb.

193542
Prezident Ərdoğan Efiopiyada

Prezident Rəcəb Tayyib Ərdoğan-ın növbәti Afrika sәfәri dünən başlayıb.
Prezident Ərdoğan, Afrika Buynuzu ölkələrini əhatə edən rəsmi səfərinin ilk dayanacağı olan Efiopiyanın paytaxtı Əddis-Ababaya gedib.
Ərdoğan və onu müşayiәt edәn heyət, Efiopiya Baş naziri Hailemariam Desalegn və Türkiyənin Efiopiya səfiri Osman Rza Yavuzalp tәrәfindәn qarşılanıb.
Prezident Ərdoğan, bu gün dә Efiopiya Prezidenti Mulatu Teshome Wirtu və Baş nazir Hailemariam Desalegn ilə görüşəcək vә heyətlər arası danışıqlara hәmsәdrlik edәcәk.
Görüşlərdə, ticarət və investisiya əlaqələri başda olmaqla ikitərəfli əməkdaşlıq və regional məsələlər müzakirə olunacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr