Xarici işlǝr naziri Qǝtǝrdǝ sǝfǝrdǝdir

Qlobal terrorizmlә mübarizәdә işbirliyi gündәmdәdir.

191535
Xarici işlǝr naziri Qǝtǝrdǝ sǝfǝrdǝdir

Qlobal terrorizmlә mübarizәdә işbirliyi gündәmdәdir.
Xarici işlәr naziri Mövlüd Çavuşoğlu ilk olaraq, Baş nazir Şeyx Abdullah bin Nasser Al Thani tәrәfindәn qәbul edilib.Görüşdә regional vәziyyәt başda olmaqla iki ölkә arasındakı әlaqәlәr müzakirә edilib.

Çavuşoğlu daha sonra qǝtǝrli hәmkarı Xalid bin Mohammed Al Attiyah ilә bir araya gәlәcәk.
Onun kecirәcәyi görüşlәrdә DEAŞ ilә mübarizә, Suriya, İraqdakı son durum vә Parisdә törәdilmiş terror hadisәsinin müzakirә edilәcәyi gözlәnilir. “Әrәb Baharı”ndan sonra bölgәdә yaşanan olaylar da diqqәt mәrkәzindә olacaq.
Qeyd edәk ki, Türkiyә vә Qǝtǝr Misirdә dövlәt başcısı Muhammed Mursini devirәrәk hakimiyyәti әlә alan Sisi hökumәtinin tәcrid siyasәtini yaxından izlәyirdi. Ancaq Qǝtǝr sonradan Misir hökumәti ilә tәmas qurmağa başladı.
Rәsmi Ankara bu durumun Türkiyә-Qǝtǝr әlaqәlәrinә mәnfi tәsir edәcәyini Xarici işlәr naziri Mövlüd Çavuşoğlunun "dost ölkәlәrin üçüncü ölkәlәrlә әlaqәlәrini bizimlә münasibәtlәrә alternativ görmürük" açıqlaması ilә ifadә etmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr